BTQ ilə konteyner daşımaları 5 dəfəyə yaxın artıb
İnfrastruktur
- 09 dekabr, 2020
- 06:51
Bu ilin yanvar-oktyabr aylarında Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti vasitəsilə 1 260 TEU konteyneri daşınıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyindən bildirilib.
Məlumata əsasən, bu, illik müqayisədə 371,9% və yaxud 4,7 dəfə çoxdur.
"BTQ ilə Türkiyədən Çinə ixrac qatarının hərəkət etməsi görünməmiş hadisədir, belə ki, bu günə qədər orta dəhliz ilə yüklər Çindən Avropaya nəql olunub", - nazirlikdən qeyd olunub.
Xatırladaq ki, dekabrın 4-dən İstanbuldan yola salınan qatar ötən gün axşam saatlarında Gürcüstana çatıb. Türkiyə istehsalı olan məişət texnikası ilə yüklənmiş 42 konteyner 12 gün ərzində Çinə çatmalıdır.
Son xəbərlər
03:05
Türkiyədə kimya zavodunda partlayış olub, xəsarət alanlar var
Region02:43
Den Carvis Böyük Britaniyanın müdafiə naziri təyin edilib
Digər ölkələr02:17
Meksika millisinin baş məşqçisi Xavier Aqirre: "İlk yarıda elə də yaxşı oynamadıq"
Futbol02:11
CAR millisinin baş məşqçisi Hüqo Bros: "Meksikaya qarşı pis çıxış etmədik"
Futbol02:03
Foto
DÇ-2026-nın açılış oyunu yeni rekordla yadda qalıb
Futbol01:43
Tramp Netanyahu ilə İranla razılaşmaları müzakirə edib
Digər ölkələr01:26
Meksika - CAR oyununun ən yaxşı futbolçusu müəyyənləşib
Futbol01:04
Foto
DÇ-2026-nın açılış oyununda CAR Meksikaya məğlub olub - YENİLƏNİB-5
Futbol00:35