BTQ dəmir yolunun ötürücülük qabiliyyəti bu ilin sonuna qədər üç dəfə artacaq

İnfrastruktur
  • 12 noyabr, 2025
  • 18:13
BTQ dəmir yolunun ötürücülük qabiliyyəti bu ilin sonuna qədər üç dəfə artacaq

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin ötürücülük qabiliyyəti 2025-ci ilin sonuna qədər üç dəfə artacağı gözlənilir.

"Report"un məlumatına görə, bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi yanında "Enterprise Development Georgia" agentliyinin İxracın təşviqi şöbəsinin rəhbərinin müavini Ketevan Kebuladze Bakıda keçirilən "Asiya Kiçik və Orta Sahibkarlıq Monitorinqi 2025"in təqdimat seminarında bildirib.

K.Kebuladzenin sözlərinə görə, Gürcüstan infrastrukturun inteqrasiyası və modernləşdirilməsi vasitəsilə regional əlaqələri fəal şəkildə inkişaf etdirir.

"Ölkənin Avropa və Asiyanın kəsişməsindəki coğrafi mövqeyi onu Orta Dəhlizin təbii bir hissəsinə çevirir. Bu dəhliz Asiya və Avropanı birləşdirən strateji marşrutdur. 2024-cü ildə bu istiqamət üzrə konteyner daşımaları əvvəlki illə müqayisədə 15 dəfə artıb. Bu, regional əməkdaşlığın real nəticələr verdiyinin əyani sübutudur. Gürcüstan dəmir yolunu modernləşdirib, Şərq-Qərb avtomobil yolunun tikintisində irəliləyişə nail olub. Bakı-Tbilisi-Qars dəmir yolunun ötürücülük qabiliyyəti 2025-ci ilin sonuna qədər üç dəfə artacaq", - o qeyd edib.

Bundan əlavə, K.Kebuladze ölkədə Anakliya dərin özüllü dəniz limanının tikintisinin davam etdiyini bildirib: "Layihənin birinci mərhələsində təxminən 600 min TEU buraxılış gücü əlavə olunacaq və ilk gəminin 2029-cu ilə qədər qəbul edilməsi gözlənilir".

Son xəbərlər

Bütün Xəbər Lenti