BMT COP30-da urbanizasiya və iqlim üzrə nazirlərin dördüncü görüşünü keçirəcək

İnfrastruktur
  • 15 oktyabr, 2025
  • 12:56
BMT COP30-da urbanizasiya və iqlim üzrə nazirlərin dördüncü görüşünü keçirəcək

BMT noyabrın 11-də Belendə COP30-da urbanizasiya və iqlim dəyişikliyi üzrə nazirlərin dördüncü görüşünü keçirəcək.

"Report"un Xankəndiyə ezam olunmuş müxbirinin məlumatına görə, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) icraçı direktoru və təşkilatın baş katibinin müavini Anaklaudia Rossbaх III Azərbaycan Milli Şəhərsalma Forumunun (NUFA3) açılış mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, nazirlərin görüşündə 2023-cü ildə Bakıda başlanmış dialoqu davam etdiriləcək.

"Bakıdakı görüşdə nazirlər və merlər milli iqlim öhdəliklərinin yerli tədbirlərlə uyğunlaşdırılmasının vacibliyini aydın şəkildə vurğulayıblar. Bura yenidən nəzərdən keçirilən Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrdə (NDC) şəhər prioritetlərinin nəzərə alınması, eləcə də onların həyata keçirilməsi üçün maliyyələşdirmənin və tərəfdaşlıqların genişləndirilməsi daxildir. Bu il noyabrın 11-də Belendə keçiriləcək COP30-da nazirlərin birgə görüşünü keçirəcəyik. Görüşdə əsas diqqət mənzil, torpaq, təbiət və əsas şəhər xidmətləri ilə bağlı məsələlərə yönəldiləcək", - A. Rossbaх qeyd edib.

Son xəbərlər

Bütün Xəbər Lenti