Bakının Səbail rayonunun bir hissəsində su kəsiləcək

İnfrastruktur
  • 06 noyabr, 2023
  • 14:55
Bakının Səbail rayonunun bir hissəsində su kəsiləcək

Bu gün axşam saatlarından etibarən Bakının Səbail rayonunun Şıx, Bibiheybət qəsəbələri və 20-ci sahə ərazisinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə "Report"a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib.

Məhdudiyyətlərə səbəb su kəmərində təmir-bərpa işlərinin aparılmasıdır.

Qurum yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyir.