Bakının Mir Cəlal küçəsində hərəkət tam məhdudlaşdırılacaq
İnfrastruktur
- 16 iyul, 2018
- 07:03
Bakı. 16 iyul. REPORT.AZ/ Bakının Mir Cəlal küçəsinin yenidən qurulması çərçivəsində bu gecədən səhər saatlarına qədər yüksək gərginlikli elektrik xətlərinin dirəklərinin sökülməsi işləri aparılacaq. Bununla əlaqədar olaraq küçə boyu hərəkət tam məhdudlaşdırılacaq.
"Report" xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.
Onun sözlərinə görə, sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyyə olunur.
"Yaranan müvəqqəqi narahatlığa görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir", - deyə o, qeyd edib.
Son xəbərlər
04:37
"Brent" neftin qiyməti martdan bəri ilk dəfə 84 dollardan aşağı düşüb
Energetika04:22
"Mehr": ABŞ və İranın razılaşdırdığı memorandum 14 maddədən ibarətdir
Region03:58
İranın XİN rəhbərinin müavini ABŞ ilə razılaşmanı təsdiqləyib
Region03:48
Türkiyə XİN: ABŞ - İran razılaşmasını alqışlayırıq
Region03:28
Tramp: ABŞ İranın zənginləşdirilmiş uranını ələ keçirməyə tələsməyəcək
Digər ölkələr03:15
Konqo Demokratik Respublikasında Ebolaya yoluxmaların sayı 780-i keçib
Digər ölkələr02:56
CAR-dan 150 zəhərli əqrəbi çıxarmağa cəhd edən şəxs saxlanılıb
Digər ölkələr02:40
Braziliyada helikopterlərin toqquşması nəticəsində bir musiqiçi və bloqçu həlak olub
Digər ölkələr02:39