Bakının Məhəmməd Hadi küçəsində hərəkət məhdudlaşdırılacaq
İnfrastruktur
- 23 fevral, 2018
- 06:50
Bakı. 23 fevral. REPORT.AZ/ Təmir işləri ilə əlaqədar sabahdan Bakının Xətai rayonunun Məhəmməd Hadi küçəsinin Sarayevo küçəsi ilə kəsişməsindən ("Əhmədli" metro stansiyası) Babək prospektinə qədər olan istiqamətdə avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətə məhdudlaşdırılacaq.
“Report” bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Məhdudiyyət təmir işləri bitənə qədər qüvvədə olacaq. Sürücülərə həmin istiqamət üzrə sıxlığın yaranmaması üçün öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.
Küçənin digər istiqamət üzrə, yəni Babək prospektindən Əhmədli metrostansiyasına doğru olan hissəsində isə hər-hansı bir məhdudiyyət tətbiq edilməyəcək.
Son xəbərlər
00:48
Hakan Fidan iranlı həmkarı ilə son gərginliyi müzakirə edib
Region00:30
İmişli sakini Araz çayına düşərək boğulub
Hadisə00:25
Tramp Netanyahunu İrana qarşı zərbədən çəkindirmək niyyətindədir
Region00:21
Ermənistanda parlament seçkiləri: Paşinyanın partiyası liderlik edir
Region00:14
İran ölkənin qərb hissəsində hava məkanını bağlayıb
Region00:13
Foto
Sumqayıtda avtomobilin vurduğu piyada ölüb
Hadisə00:04
ABŞ Prezidenti İrana İsrailə raket zərbələrini dayandırmağı tövsiyə edib
Digər ölkələr00:01
İran atəşkəsdən sonra ilk dəfə İsrailə raketlər atıb - YENİLƏNİB
Region23:34