Bakının 2 yolunda hərəkət məhdudlaşdırılır
İnfrastruktur
- 23 may, 2018
- 06:45
Bakı. 23 may. REPORT.AZ/ Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Yasamal rayonu, Bakı Dairəvi-1 avtomobil yolunun Yeni Yasamal sahəsinə keçən hissəsində, həmçinin Qaradağ rayonu, Lökbatan-Qobu avtomobil yolunda üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilişi işləri aparılır.
"Report" Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, bu məqsədlə sözügedən yollar boyu bu gün saat 11:00-dan axşam saatlarına qədər avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq.
Sürücülərdən sözügedən avtomobil yolları ilə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
Son xəbərlər
05:51
Tramp Londonun neft hasilatını artırmasını istəyir
Digər ölkələr05:51
Qeşm adasında xilasetmə işləri aparılır - YENİLƏNİB
Region05:23
Yeni Zelandiyanın Kermadek arxipelaqı sahillərində 5,9 maqnitudalı zəlzələ baş verib
Digər ölkələr04:55
Tramp seçki pozuntuları barədə məlumatların açıqlanmasını gözləyir
Digər ölkələr04:46
CENTCOM İrana zərbələr endirildiyini təsdiqləyib - YENİLƏNİB
Digər ölkələr04:23
Rumıniya hakimiyyəti elektrik enerjisinə qənaət etməyə çağırıb
Digər ölkələr03:54
FES rəhbəri inflyasiyanı 2% səviyyəsinə qaytarmaq istəyir
Digər ölkələr03:17
Tramp İrana qarşı hərbi əməliyyatın dayandırılmasını istisna edib
Digər ölkələr02:48