Bakıda iki avtomobil yolunda sürət həddi aşağı salınıb
İnfrastruktur
- 02 dekabr, 2016
- 11:16
Bakı. 2 dekabr. REPORT.AZ/ Bakı şəhərində müşahidə olunan yağışlı və dumanlı hava şəraiti ilə əlaqədar avtonəqliyyatın hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə iki avtomobil yolunda sürət həddi aşağı salınıb.
Bakı Nəqliyyat Agentliyindən (BNA) "Report"a daxil olan məlumata görə, Böyükşor-Heydər Əliyev Beynəlxalq Hava Limanı istiqamətində yolda sürət həddi iki zolaqda 120 km/saatdan 100 km/saata, bir zolaqda 100 km/saatdan 80 km/saata, axırıncı zolaqda isə 80 km/saatdan 60 km/saata endirilib.
"Eyni zamanda, Zığ dairəsi-Aeroport avtomobil yolunda sürət həddi iki zolaqda 120 km/saatdan 100 km/saata, axırıncı zolaqda isə 100 km/saatdan 80 km/saata endirilib" - BNA-nın xəbərində qeyd edilib.
Son xəbərlər
06:26
Yaponiyada 40 dərəcəlik istilərin ən uzunmüddətli dövrü qeydə alınıb
Digər ölkələr05:42
NYT: ABŞ "Patriot" raketlərinin çatışmazlığı səbəbindən İranla münaqişənin eskalasiyasını təxirə salıb
Digər ölkələr05:13
ABŞ-nin yanacaqdoldurma təyyarələri İran sərhədləri yaxınlığında uçuşlar həyata keçirir
Digər ölkələr04:47
Oman və İran Hörmüz boğazı vasitəsilə gəmiçiliyi bərpa edə bilərlər
Digər ölkələr04:18
ABŞ hərbçiləri Ərəb dənizində tankeri yoxlayıblar
Digər ölkələr03:42
Fransa polisi terror aktı hazırlığı işi üzrə altı nəfəri saxlayıb
Digər ölkələr03:34
Tramp İranı hədələyib
Digər ölkələr03:16
Böyük Britaniya NATO-nun yeni müdafiə bankına qoşula bilər
Digər ölkələr02:58
Foto