Bakıda ətrafı hasarlanmış avtobus dayanacağı aşkar edilib
İnfrastruktur
- 16 avqust, 2018
- 07:34
Bakı. 16 avqust. REPORT.AZ/ Bakının Xətai rayonunun İnqilab İsmayılov küçəsində avtobus dayanacağının ətrafı zəbt edilib. Bununla bağlı daxil olan vətəndaş müraciəti əsasında əraziyə baxış keçirilib.
"Report" xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.
Onun sözlərinə görə, baxış nəticəsində müəyyən edilib ki, məlum olmayan səbəbdən dayanacağın ətrafı hasarlanıb. Nəticədə dayanacaq pavilyonunun şüşələri qırılıb, dirəklər zədələnib.
Bununla da sərnişinlərin ora daxil olması təhlükəli hal alıb. Vətəndaşlar məcburi qaydada yolun hərəkət hissəsinə çıxırlar ki, bu da onların təhlükəsizliyi baxımından ciddi problemdir.
Son xəbərlər
01:34
Təbrizdə üzgüçülük hovuzunda 14 nəfər zəhərlənib
Region01:16
Ekspertlərin fikrincə, İspaniyanın dəniz səddi miqrant axınını yalnız müvəqqəti azaldacaq
Digər ölkələr00:43
Senator Kelli Trampın İranla bağlı siyasətini tənqid edib
Digər ölkələr00:08
Anomal istilərə görə Almaniyada suya sərt qənaət tədbirləri görülür
Digər ölkələr23:50
Sumqayıtda zəncirvari avtomobil qəzası baş verib
Hadisə23:22
NYT: İran neft bazarı vasitəsilə ABŞ-dəki seçkilərə təsir göstərməyi planlaşdırır
Digər ölkələr22:58
"Axios": Tramp konqresə keçiriləcək aralıq seçkilərinə o qədər də əhəmiyyət vermir
Digər ölkələr22:43
Türkiyədə baş verən yol qəzasında iki nəfər ölüb
Region22:18