Bakıda 144 nömrəli marşrut xəttində ödəniş “BakıKart”la olacaq
İnfrastruktur
- 01 iyun, 2021
- 11:15
Sabahdan Bakıdakı 144 nömrəli marşrut xətti (Buzovna qəsəbəsi - Mərdəkan qəsəbəsi) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart”la ödəniləcək.
"Report" bu barədə Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə Xəzər rayonu, Mərdəkan və Buzovna qəsəbələri üzrə aşağıda qeyd olunan ünvanlardakı "OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS terminallar quraşdırılıb.
Sergey Yesenin döngə 2;
Baba Əliyev 244;
Yesenin 62;
Mərdəkan 152;
Qılman İlkin küçəsi;
Zuğulba - Həydər Eyvazov küçəsi 1A;
Buzovna qəs – Şüvəlan yolu;
Mustafa Sübhi 2;
Rasim İmanov 24.
Bu, son bir ayda "BakıKart"a inteqrasiya edilən 12-ci marşrut xəttidir.
Son xəbərlər
11:07
Mbappe Ronaldu və Messinin nailiyyətini təkrarladı
Futbol11:05
DİN xaricdə iş və təhsil adı altında saxta elanlarla bağlı vətəndaşlara müraciət edib
Hadisə11:01
İsrail səfiri: "Kibertəhlükəsizlik iqtisadi dayanıqlılıq və texnoloji inkişafın sütunudur"
İKT11:01
Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi 360-a yaxın şəxsə hücum və müdafiə təlimi keçib
İKT11:00
Rusiya Ukrayna regionlarına zərbələr endirib, ölən və yaralananlar var
Digər ölkələr11:00
Son 38 ildə Azərbaycanda 12 minə yaxın İİV xəstəsi olub
Digər10:57
Ağdaş sakini velosipeddən yıxılaraq ölüb
Hadisə10:56
"Unibank"ın mənfəəti bölüşdürüləcək
Maliyyə10:54
Foto