Bakı-Tbilisi-Bakı aviareysi bərpa olunub
İnfrastruktur
- 19 mart, 2021
- 05:45
Bu gündən Azərbaycan və Gürcüstan arasında aviareyslər bərpa olunub. “Report”un yerli bürosu xəbər verir ki, Azərbaycanın aşağıbüdcəli aviaşirkəti "Buta Airways" saat 07:00-da Bakı-Tbilisi istiqaməti üzrə ilk reysi yerinə yetirib, bir qədər sonra isə Tbilisi-Bakı istiqaməti üzrə reysi yerinə yetirəcək. Tbilisi vaxtı ilə saat 10:10-da Şota Rustaveli beynəlxalq hava limanından qalxacaq təyyarə saat 11:10-da Bakıya enəcək. Bakı-Tbilisi-Bakı marşrutu üzrə uçuşlar həftədə üç dəfə - çərşənbə axşamı, cümə və bazar günləri həyata keçiriləcək. Reyslər yalnız bu həftə və gələn həftənin şənbə günləri də həyata keçiriləcək. Sərnişinlər son 48 saat ərzində aparılan PCR testinin mənfi nəticəsini təsdiqləyən arayış təqdim etməklə uçuşa buraxılırlar.
Son xəbərlər
22:46
NASA rəhbəri: Çin yeni Ay missiyasında ABŞ-ni qabaqlaya bilər
Digər ölkələr22:22
Foto
Azərbaycan cüdoçuları Avropa Kubokunu 9 medalla başa vurublar
Fərdi22:02
FİFA Baloqana DÇ-2026-nın 1/8 finalında oynamağa icazə verib
Futbol21:39
Netanyahu: İran məsələsində İsraillə ABŞ arasında fikir ayrılığı yoxdur
Digər ölkələr21:23
Lekler "Formula 1" üzrə Britaniya Qran-prisinin qalibi olub
Formula 121:05
Video
Qazaxın Aslanlı kəndində taxıl sahəsində yanğın olub
Hadisə20:55
Qalibaf: İranla ABŞ arasında sülh yoxdur
Region20:42
Stoltenberq: NATO-nun əbədi mövcudluğuna heç kim zəmanət verə bilməz
Digər ölkələr20:21