Bakı metrosunda qatarda nasazlıq yaranıb
İnfrastruktur
- 13 sentyabr, 2022
- 08:42
Bir qədər əvvəl "Bakı Metropoliteni" QSC-nin "İçərişəhər - Həzi Aslanov" xətti ilə hərəkət edən qatarında nasazlıq qeydə alınıb.
Bunu "Report"a qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
Onun sözlərinə görə, nasazlıq qatar "Gənclik" stansiyasında olarkən yaranıb. Buna görə də qatar depoya verilib və xəttə yeni qatar buraxılıb.
"İntervalı çıxmaq şərti ilə bu, ümumilikdə 7,5 dəqiqə yubanmaya səbəb olub. Hazırda isə intervalla bağlı problem demək olar ki, həll edilib. Müəyyən problemlər "Memar Əcəmi"-"Dərnəgül" xəttində mövcuddur. Onu da həll edirik", - metro rəsmisi qeyd edib.
Son xəbərlər
17:10
Türkiyəli müğənni Haluk Levent saxlanılıb
Hadisə16:44
Sabahın havası meteohəssas insanlar üçün əlverişli olacaq
Sağlamlıq16:30
Türkiyə Nazirlər Kabineti NATO sammitini, İranı və Ukraynanı müzakirə edəcək
Region16:18
Omanda zədələnən GFS Galaxy gəmisinin dənizçiləri xilas edilib
Digər ölkələr16:04
Ukraynanın Baş naziri istefa verəcək
Digər ölkələr15:56
Xaçmazda elektrik dirəyindən yıxılan kişi ölüb
Hadisə15:43
İraqın Baş naziri neft və qaz sazişlərini müzakirə etmək üçün sabah Vaşinqtona səfər edəcək
Digər ölkələr15:23
Video
Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlanıb
Hərbi15:11