Bakı metrosunda qatar yoluna düşən sərnişin vəfat edib
İnfrastruktur
- 03 oktyabr, 2024
- 11:45
Bir qədər əvvəl "Bakı Metropoliteni" QSC-nin “28 may” stansiyasında 50-60 yaşlarında kişi sərnişin qatar yoluna düşüb.
Bu barədə “Report”a səhmdar cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
Onun sözlərinə görə, hadisə qatar stansiyaya daxil olarkən baş verib. Maşinist dərhal qatarı saxlayıb, normativ tələblərə uyğun olaraq yoldan yüksək gərginlik çıxarılıb.
Sərnişin stansiya yolundan çıxarılsa da, onun vəfat etdiyi məlum olub.
Hadisəyə görə qatarların hərəkətində 17 dəqiqə yubanma olub. Artıq hərəkət bərpa olunub.
Son xəbərlər
23:55
"Neftçi" Dünya Qadın Seriyasının Marsel mərhələsinin qalibi olub
Komanda23:34
Venesuelada zəlzələ qurbanlarının sayı 3 minə yaxınlaşıb
Digər ölkələr23:25
Azzedin Unahi Kanada - Mərakeş matçının ən yaxşı futbolçusu seçilib
Futbol23:20
Zəngilanda 64 yaşlı kişi Həkəri çayında boğularaq ölüb
Hadisə23:05
Zelenski: Ukrayna dənizdə dronlarla müdafiə xətti yaradacaq
Digər ölkələr23:04
DÇ-2026: Kanadaya qalib gələn Mərakeş 1/4 finala yüksələn ilk komanda olub - YENİLƏNİB-5
Futbol22:32
Antonelli "Formula-1" üzrə Böyük Britaniya Qran-prisinin təsnifat mərhələsində qalib olub
Formula 122:05
Foto
"Gənc xilasedici" XII beynəlxalq yarışının qalibləri mükafatlandırılıb
Daxili siyasət22:02