Bakı metrosu sərnişin daşınmasını 2 % artırıb
İnfrastruktur
- 04 aprel, 2024
- 06:15
Bu ilin I rübündə "Bakı Metropoliteni" QSC 53 milyon 514 min 865 sərnişin daşıyıb.
"Report" səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,6 % çoxdur.
Bununla belə, koronavirus (COVID-19) pandemiyasından əvvəlki 2019-cu ilin I rübünə nisbətən metro ilə sərnişin daşınması 3,8 % azalıb.
Rüblük göstəricinin 18 milyon 366 min 704 nəfəri mart ayının payına düşüb. Bunun da 496 min 211 nəfəri güzəştli və yaxud ödənişsiz keçənlərdir.
Ən çox sərnişin martın 7-də (848 min 934 nəfər), ən az sərnişin isə martın 20-də (272 min 984 nəfər) daşınıb.
Ötən ay 15 iş günü olub. Ayın 19-u istisna olmaqla, hər iş günü 700 mindən artıq sərnişin daşınıb. Orta hesabla gündəlik daşıma 758 min 499 nəfər təşkil edib.
Son xəbərlər
14:14
İlham Yadullayev: "Messini "silmişdilər", əvvəlki performansını göstərə bilməyəcəyini düşünürdülər"
Futbol14:14
AzMİ: "Azərbaycanda dəqiq vaxt ötürülməsi sisteminə dövlət qurumlarının marağı azdır"
İnfrastruktur14:09
WHO fövqəladə hallara müdaxilə üçün xüsusi sukuk mexanizmini araşdırır
Maliyyə14:07
İsmayıl Kartal "Fənərbağça"nın baş məşqçisi təyin olunub
Futbol13:50
Azərbaycan XİN: Koreya vətəndaşları üçün vizasız rejimin tətbiqi yaxın zamanlarda elan ediləcək
Xarici siyasət13:48
Oman "ağıllı idarəetmə"yə keçid zamanı insan ləyaqətinin qorunmasına çağırış edib
Xarici siyasət13:47
Nazir: "Misir və Azərbaycan infrastruktur, İT və energetika sahələrində tərəfdaşlığı inkişaf etdirə bilər" - EKSKLÜZİV
Biznes13:46
Paşinyan Ermənistanda yeni parlament seçkilərinin keçirilməsini istisna edib
Region13:40