"Azərsu" abonentlərinin 90 %-dən çoxu sayğacla təmin edilib
İnfrastruktur
- 13 aprel, 2022
- 07:52
Aprelin 1-nə olan məlumata əsasən, “Azərsu” ASC-nin su təchizatı və kanalizasiya xidmətləri göstərdiyi abunəçilərin 1 milyon 555 min 99-u sayğacla təmin olunub.
Bu barədə “Report”un sorğusuna cavab olaraq qurumdan bildirilib.
Qurumun əhali qrupu üzrə sayğaclaşma səviyyəsi 91, 5 %, qeyri-əhali qrupu üzrə isə 94,6 % təşkil edib.
Ötən ilin müvafiq dövründə sayğaclaşma səviyyəsi ümumilikdə 86,5 %, əhali qrupu üzrə 86,2 %, qeyri-əhali qrupu üzrə isə 93,7 % olub.
Qeyd edək ki, aprelin 1-nə olan məlumata əsasən, ASC-nin 1 milyon 697 min 98 abunəçisi var. Bu o deməkdir ki, qurum abunəçilərinin 90,87 %-ni sayğacla təmin edib.
Son xəbərlər
09:13
"Araz-Naxçıvan" sabiq oyunçusunu yenidən heyətinə qatıb
Futbol09:10
Əbu-Dabidə İlham Əliyev və Nikol Paşinyan arasında geniş tərkibdə görüş keçirilir
Xarici siyasət09:09
Azərbaycan Basketbol Liqası: XVI tura bu gün start verilir
Komanda09:09
Azərbaycan nefti cüzi bahalaşıb
Energetika09:07
Bakıda küləyin sürəti 28 m/s təşkil edir - FAKTİKİ HAVA
Ekologiya09:03
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (04.02.2026)
Maliyyə09:01
Azərbaycan Kubokunda 1/4 final mərhələsi başlayır
Futbol08:58
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (04.02.2026)
Maliyyə08:54