Azərbaycanda yük daşınması azalır
İnfrastruktur
- 16 iyun, 2016
- 09:47
Bakı. 16 iyun.REPORT.AZ/ Azərbaycanın nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər bu ilin yanvar-may aylarında 85,6 mln. ton yük və 749,2 mln. sərnişin daşıyıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 3,0% azalıb, sərnişin daşınması isə 1,8% artıb.
Dövlət Statistika Komitəsindən "Report"a verilən məlumata görə, yük daşınmasında müşahidə olunan gerilik dəmir yolu, dəniz və boru kəməri nəqliyyatı ilə daşınmalardakı azalmalarla bağlı olub.
Yüklərin 61,8%-i avtomobil, 28,9%-i boru kəməri, 6,7%-i dəmir yolu, 2,5%-i dəniz, 0,1%-i isə hava nəqliyyatı ilə daşınıb.
Sərnişinlərin 87,6%-i avtomobil, 12,2%-i metro, qalanları isə digər nəqliyyat növləri ilə daşınıb.
Son xəbərlər
07:13
Ukrayna "Patriot" üçün sursat çatışmazlığı ilə üzləşib
Digər ölkələr06:47
Yasamal rayonunun bir sıra ərazilərində üç saat işıq olmayacaq
Energetika06:20
Tramp ABŞ qoşunlarının regiondan çıxarılması xəbərlərini şərh etməkdən yayınıb
Digər ölkələr05:51
Vaşinqtonda on minlərlə insan genişmiqyaslı yanğınlar səbəbindən evlərini tərk edib
Digər ölkələr05:18
İspaniya hakimiyyəti Seutada miqrantlara su paylanmasını təşkil edib
Digər ölkələr04:50
Reyndə su səviyyəsinin enməsi Almaniyada yükdaşımalarına təhlükə yaradır
Digər ölkələr04:24
Misirdə 5,3 maqnitudalı zəlzələ baş verib
Digər ölkələr03:55
Britaniya 2027-ci il seçkilərindən sonra Fransanın siyasi kursunun dəyişməsindən ehtiyat edir
Digər ölkələr03:22