Azərbaycanda su resurslarının həcmi iqlim təsiri ilə 15-20 % azalıb
- 12 sentyabr, 2025
- 13:05

Son illərdə Azərbaycanda həm yerli, həm də transsərhəd su axınlarında 15-20 % azalma qeydə alınıb.
"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin Kadastr uçot və reyestr şöbəsinin müdürü Rafiq Verdiyev Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı - "Baku Water Week" (Bakı Su Həftəsi) çərçivəsində baş tutan "Ətraf mühitin qorunması texnologiyaları və təcrübələri" adlı panel müzakirələrində deyib.
Onun sözlərinə görə, əvvəllər ölkəyə 30 milyard kubmetrə yaxın su daxil olurdusa, indi bu göstərici iqlim dəyişmələrinin təsiri ilə azalıb.
R. Verdiyev qeyd edib ki, temperaturun artması və yağıntıların azalması davam edərsə, bəzi ssenarilərdə daha ciddi itkilər ola bilər.