Azərbaycanda Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi təkmilləşdirilir
İnfrastruktur
- 23 noyabr, 2020
- 10:41
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzi Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) "Coğrafi İnformasiya Sistemi” altsisteminin formalaşdırılması üçün təkliflər sorğusu elan edib.
“Report” xəbər verir ki, sorğuda iştirak etmək istəyənlər təkliflərini dekabrın 27-si, saat 17:00-a qədər qurumun yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 92 ünvanına təqdim edə bilərlər.
Xatırladaq ki, EKTİS Nazirliyin əsas fəaliyyət prinsiplərini (fermerlərə yaxınlığı, şəffaf və səmərəli idarəetməni və innovasiyanın tətbiqini) özündə ehtiva edən, daxili və xarici sistemlərlə inteqrasiya imkanlarını geniş əhatə edən və kənd təsərrüfatı zəncirinin qurulmasına zəmin yaradan vahid bir sistemdir.
Son xəbərlər
09:24
Razzakova uçan "Asman Airlines"ın təyyarəsi Bişkekə qayıdıb
Region09:23
Çində daşqın səbəbindən 39 nəfər ölüb, 9 nəfər itkin düşüb
Digər ölkələr09:20
"Zirə" UEFA reytinqində Azərbaycanın əmsalını daha da artırıb
Futbol09:12
AZINCLOUD ilə biznesinizi bulud mühitinə köçürün!
Biznes09:10
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (09.07.2026)
Maliyyə09:10
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (09.07.2026)
Maliyyə09:04
UEFA Avropa Liqası: "Qarabağ" bu gün İslandiyanın "Vestri" komandası ilə üz-üzə gələcək
Futbol08:57
Ceyhun Bayramov diplomatik xidmət orqanlarının əməkdaşlarını təbrik edib
Daxili siyasət08:55
Foto