"Azəravtoyol" sürücülərə müraciət edib
İnfrastruktur
- 23 yanvar, 2017
- 07:54
Bakı. 23 yanvar. REPORT.AZ/ Azərbaycanda dağlıq ərazilərə ötən axşam və gecə yağan qar nəticəsində hazırda avtomobil yollarında hər hansı bir problem müşahidə olunmur.
"Report" xəbər verir ki, bunu "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfov bildirib.
Onun sözlərinə görə, yollara cəlb olunmuş qartəmizləyən texnika və canlı qüvvə tərəfindən avtonəqliyyat vasitələrinin hərəkətində təhlükəsizlik və fasiləsizlik təmin olunub.
"Buna baxmayaraq, sürücülər də bu cür hava şəraitinə hazır olmalıdırlar. İdarə etdikləri avtonəqliyyat vasitəsi qış şinləri ilə təchiz olunmalı və texniki cəhətdən saz vəziyyətdə olmalıdır", - deyə A.Nəcəfov qeyd edib.
Son xəbərlər
14:59
Bəxtiyor Səidov Azərbaycanın Özbəkistandakı səfirinin etimadnaməsinin surətini qəbul edib
Xarici siyasət14:52
Azərbaycanda "Vahid indekslərin siyahısı" genişləndirilib
Maliyyə14:51
CPC Qazaxıstan neftinin Novorossiysk vasitəsilə ixracını bərpa edib
Energetika14:48
Elektron imzanı başqasına vermək hansı riskləri yaradır?
İKT14:45
Dünya çempionatı: İsfahan Həsənov yarımfinala yüksəlib - YENİLƏNİB-2
Fərdi14:43
Azərbaycanda taxıl sahələrinin 92 %-də biçin yekunlaşıb
ASK14:35
Azərbaycan Diaspor Gəncləri Cenevrədə beynəlxalq tədbirdə təmsil olunacaq
Diaspor14:30
Çində daşqın nəticəsində 10 nəfər ölüb, 23 nəfər yaralanıb
Digər ölkələr14:27