AZAL-ın London reysi təxirə salınmayıb
İnfrastruktur
- 05 may, 2017
- 11:37
Bakı. 5 may. REPORT.AZ/ Bakı-London marşrutu ilə həyata keçirilən aviareyslər təxirə salınmayıb.
Bunu “Report”a açıqlamasında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski deyib.
P.Kəsəmənskinin sözlərinə görə, mayın 5-də AZAL-ın Londonun “Hitrou” (Heathrow) hava limanına uçuşu yoxdur: “Bu günə bizim Londona aviareysimiz yoxdur. Növbəti günlərdə ola biləcək tədbirlərlə bağlı isə bizə məlumat verilməyib”.
Xatırladaq ki, bu gün Londonun “Hitrou” hava limanına bir çox uçuşlar təxirə salınıb. Səbəb kimi isə təhlükəsizlik tədbirləri göstərilib. Metropoliten polisindən mediaya ötürülən məlumata görə, aeroportun terminallarından birində şübhəli bağlama aşkar edilib və bundan sonra polis araşdırmalara başlayıb.
Son xəbərlər
19:02
Azərbaycanın boks millisi Türkmənistan idmançıları ilə birgə Bakıda hazırlığa başlayıb
Fərdi18:55
Sülh Şurası Qəzzada ilk layihə üçün podratçı seçib
Digər ölkələr18:48
Türkiyənin Milli Təhlükəsizlik Şurası terrorla mübarizəni müzakirə edir
Region18:37
Azərbaycana rəqəmsal İslam maliyyəsinin inkişafı üzrə üçmərhələli yol xəritəsi təklif olunub
Maliyyə18:33
Zəka Mirzəyev Tovuzda vətəndaş qəbulu keçirəcək
Daxili siyasət18:27
"Real" 125 milyon avro qarşılığında Yan Diomandeni transfer edib
Futbol18:26
Türkiyədə yük avtomobili nəqliyyat vasitələrinə çırpılıb, ölən və yaralananlar var
Region18:22
Bakıda 6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İnfrastruktur18:06