AZAL-ın daha bir təyyarəsi uçuş reysini gecikdirir

İnfrastruktur
  • 20 iyul, 2015
  • 10:57
AZAL-ın daha bir təyyarəsi uçuş reysini gecikdirir

Bakı. 20 iyul. REPORT.AZ/ Bu gün saat 14:50-də Heydər Əliyev Beynəlxalq Aeroportundan Mineralnıye Vodı şəhərinə uçmalı olan təyyarə gecikir.

Heydər Əliyev Beynəlxalq Aeroportundan “Report”a məlumat təsdiqlənib. Lakin təyyarə reysinin gecikməsinin səbəbi açıqlanmayıb: “Gecikmənin səbəbi bilinmir”.

Gecikmənin 16:50-yə qədər davam edəcəyi bildirilib.

Qeyd edək ki, AZAL-ın 717 nömrəli həmin uçuşunu “Airbus 319” layneri həyata keçirir.