Astarada yeni avtomobil körpüsü inşa olunub
İnfrastruktur
- 27 dekabr, 2024
- 05:34
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Astara rayonunun Şiyəkəran kəndini iki hissəyə ayıran Pensərçay (Təngərüdçay) üzərində yeni avtomobil körpüsü inşa edib.
"Report" bu barədə agentliyə istinadən xəbər verir.
Məlumata görə, Prezident İlham Əliyevin tapşırığına əsasən, qısa müddətdə tikintisi aparılan bir aşırımlı yeni körpünün uzunluğu 35 metr, eni 10 metr təşkil edir.
İntensiv yağışların yaratdığı güclü sel suları nəticəsində körpü qəzalı vəziyyətə düşmüş, dayaqları zədələnmişdi.
İstifadəyə verilən yeni körpü 6 min nəfərə yaxın əhalinin rahat gediş-gəlişinə, yolla bağlı yaranmış problemlərin həllinə şərait yaradıb.
Son xəbərlər
01:27
Paşinyanın tərəfdarları Ermənistan parlamentində 64 mandat qazanıb
Region01:25
DÇ-2026: Niderland Yaponiya ilə matçda yenidən öndə - YENİLƏNİR-5
Futbol01:16
Dik Advokat: "Kurasao yığması dünya çempionatında öz sözünü deyəcək"
Futbol01:07
Pit Heqset: İranın nüvə yanacağı beynəlxalq nəzarət altında olacaq
Digər ölkələr00:40
İlham Əliyev: Əminəm ki, Azərbaycan - ABŞ dostluğunun dərinləşdirilməsi yolunda birgə səylərimizi bundan sonra da davam etdirəcəyik
Xarici siyasət00:30
Prezident: TRIPP-i regionda dayanıqlı sülhün inkişafına və əməkdaşlığa növbəti töhfə olaraq görürük
Xarici siyasət00:22
İlham Əliyev: Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması Azərbaycan-ABŞ əlaqələrini keyfiyyətcə yeni pilləyə qaldırdı
Xarici siyasət00:05
Yulian Naqelsman: "Gördük ki, Kurasao yaxşı futbol oynaya bilir"
Futbol00:05