ASCO-nun gəmisi Avstraliyadan ABŞ-yə 24 min tondan çox polad yük daşıyacaq

İnfrastruktur
  • 14 noyabr, 2025
  • 10:42
ASCO-nun gəmisi Avstraliyadan ABŞ-yə 24 min tondan çox polad yük daşıyacaq

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) "Handysize" tipli "Xocalı" quru yük gəmisi Avstraliyanın Kembla limanından ABŞ-nin Los-Anceles limanına doğru yola düşüb.

"Report" səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, gəmi 24 251 ton polad yüklə səfərə çıxıb və onun təyinat limanına növbəti həftənin sonlarında çatması gözlənilir.

Məlumata əsasən, hazırda "Xocalı" gəmisi Sakit okean akvatoriyasında tam təhlükəsiz naviqasiya rejimində hərəkət edir. Reys bütün beynəlxalq əməliyyat standartlarına uyğun icra olunur.

Xatırladaq ki, "Xocalı" gəmisi 2024-cü il mayın 27-də Çində istismara verilib. Məhdudiyyətsiz üzmə imkanlarına malik bu "Handysize" tipli quru yük gəmisinin yükgötürmə qabiliyyəti (dedveyt) 38 593 ton, uzunluğu 180, eni 30, suya oturumu 10,47 metr, maksimal sürəti isə 15,7 uzeldir.

Son xəbərlər

Bütün Xəbər Lenti