ASCO ötən il yükdaşımaların həcmini 5 %-dən çox artırıb

İnfrastruktur
  • 08 yanvar, 2026
  • 11:57
ASCO ötən il yükdaşımaların həcmini 5 %-dən çox artırıb

2025-ci ildə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) gəmiləri ilə 9 milyon 85 min 935 ton yük daşınıb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq ASCO-dan bildirilib.

Məlumata əsasən, bu da 2024-cü illə müqayisədə 5,4 % çoxdur.

Ən yüksək artım quru yük gəmiləri ilə daşımalarda qeydə alınıb. Ötən il bu tip gəmilərlə 1 milyon 324 min 999 ton yük daşınıb. Bu, əvvəlki ilə nisbətən 45 %-dən çox artım deməkdir.

İl ərzində tankerlərlə daşınan yükün həcmində də artım müşahidə olunub. Belə ki, 2024-cü ildə 4 milyon 216 min 243 ton yük daşındığı halda, 2025-ci ildə bu göstərici 4 milyon 310 min 46 tona çatıb. Beləliklə, bu seqment üzrə daşımalarda 2 %-dən çox artım qeydə alınıb.

Statistikaya əsasən, 2024-cü ildə bərə gəmiləri ilə 76 min 757 ədəd təkərli texnikanın (vaqon, TIR və avtotexnika ) daşınması həyata keçirilib. 2025-ci ildə də təxminən eyni səviyyədə, yəni 77 min 71 ədəd vaqon, TIR və avtotexnika daşınıb.

Bundan başqa, ötən il ASCO-nun gəmiləri ilə daşınan konteynerlərin sayı 22 min 30 TEU olub. Bu isə 2024-cü illə müqayisədə 203 % artım deməkdir.

ASCO ötən il yükdaşımaların həcmini 5 %-dən çox artırıb

Son xəbərlər

Bütün Xəbər Lenti