Anar Əliyev: "Bu ilin sonuna qədər şəhid ailələri və qazilər üçün 400-ə yaxın ev alınacaq"

İnfrastruktur
  • 02 dekabr, 2025
  • 16:30
Anar Əliyev: Bu ilin sonuna qədər şəhid ailələri və qazilər üçün 400-ə yaxın ev alınacaq

Bu ilin sonuna qədər Azərbaycanda şəhid ailələrinin və qazilərin mənzillə təmin edilməsi üçün 400-ə yaxın ev alınacaq.

"Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin bugünkü plenar iclasında "Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında" və "İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında" qanun layihələrinin ikinci oxunuşda müzakirəsində bildirib.

Onun sözlərinə görə, dağlıq və dağətəyi rayonlarda coğrafi çətinliklər nəzərə alınaraq növbəti ildən həmin rayonlarla bağlı xüsusi yanaşma tətbiq olunacaq: "Mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan və mənzil növbəsində olan ölkə üzrə bütün şəhid ailələri, müharibə əlilləri mənzillə təmin ediləcək. Şəhid ailələrinin və müharibə əlillərinin məşğulluğu ilə bağlı tədbirlər davamlı olaraq həyata keçirilir. 153 minə yaxın şəxsin şəxslə müvafiq qaydada iş aparılıb. Özü də məşğulluq proqramı bizim üçün ciddi bir alətdir. Bu proqram çərçivəsində 13,4 min şəxsin özünüməşğulluq proqramına cəlb olunmasını təmin edə bilmişik. Ümumilikdə isə 28,1 min bu kateqoriyadan olan şəxsi aktiv məşğulluq tədbirlərinə biz cəlb edə bilmişik".

Son xəbərlər

Bütün Xəbər Lenti