ADY: Son 10 gündə hərəkətdə olan sərnişin qatarlarına 5 dəfə daş atılıb
İnfrastruktur
- 05 mart, 2026
- 11:53
Son 10 gündə "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) hərəkətdə olan sərnişin qatarlarına 5 dəfə daş atılıb.
"Report" bu barədə ADY-yə istinadən xəbər verir.
Məlumata əsasən, bu vandalizm aktları nəticəsində qatarların şüşələrində və gövdəsində çatlar, zədələr meydana gəlib. Müvafiq qaydada hüquqi qiymət verilməsi, səbəbkarların məsuliyyətə cəlb edilməsi üçün sözügedən hadisələr araşdırılır.
"Atılan hər daş təkcə qatara yox, həm də qatar heyətinə və evə, işə, dərsə, görüşə gedən sərnişinə – insan həyatına atılır. Bir daha bu cür vandallıqları törətməkdən çəkinməyə, hamımızın sərvəti olan qatarları qorumağa çağırırıq", - deyə məlumatda deyilir.
Son xəbərlər
10:36
Azərbaycana Yaxın Şərqdən turist axını 4 % azalıb
Turizm10:36
Məcnun Məmmədovun Zəngilandakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib
ASK10:33
Xəzər dənizində bu gün dördüncü zəlzələ baş verib - YENİLƏNİB
Hadisə10:33
Azərbaycanda beyin ölümü keçirmiş 13 meyid donordan 73 orqan və toxuma transplantasiya edilib
Sağlamlıq10:32
DSMF ötən ay 30 mindən çox vətəndaşı qəbul edib
Sosial müdafiə10:31
Nazir: "Serbiya Makedoniya və Yunanıstanla yeni bağlantılar vasitəsilə Azərbaycan qazının idxalını artıracaq" - MÜSAHİBƏ
Energetika10:26
"Arsenal"ın keçmiş futbolçusu Cek Uilşir baş məşqçi kimi ilk titulunu qazanıb
Futbol10:23
"Respublika Diaqnostika Mərkəzi" bu il görəcəyi işləri müzakirə edəcək
Biznes10:18