ADY: Qeyri-iş günlərində 65 minə yaxın sərnişin daşınıb
İnfrastruktur
- 30 iyun, 2025
- 16:57
Bu il iyunun 26-29-da qeyri-iş günlərində “Azərbaycan Dəmir Yolları” QSC (ADY) 64 min 656 sərnişin daşıyıb.
“Report” bu barədə ADY-yə istinadən xəbər verir.
Bu dövr ərzində Abşeron dairəvi marşrutu üzrə qatarlarla 54 min 505 sərnişin daşınıb. Bayram günlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə 6 196, Bakı-Qəbələ-Bakı marşrutu üzrə 1 544, Bakı-Balakən-Bakı 2 411 sərnişin daşıyıb.
Məlumata görə, ADY 26-29 iyun tarixlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərib və bu müddət ərzində ölkədaxili marşrutlar üzrə 12 əlavə reys yerinə yetirilib, vaqon sayı tələbata uyğun olaraq artırılıb. Abşeron dairəvi dəmir yolu üzrə isə qatarların hərəkəti şənbə və bazar günlərinin qrafikinə uyğun tənzimlənib.
Son xəbərlər
20:00
UEFA Konfrans Liqası: "Torpedo" - "Zirə" oyunu başlayıb
Futbol19:47
Dağbəyi İsmayılov: Dini sabitliyin qorunmasında medianın rolu əvəzsizdir
Din19:30
Haber Global "Türkiyənin Ən Yaxşı İşəgötürənləri 2026" siyahısında yer alıb
Media19:25
Rusiyanın Zaporojyeyə hücumu nəticəsində iki nəfər ölüb
Digər ölkələr19:12
Foto
Jurnalistlər üçün "Təhsildə rəqəmsallaşma" mövzusunda ilk təlim keçirilib
Elm və təhsil19:01
ABŞ tələbə və jurnalistlər üçün viza rejiminə dəyişikliklər edəcək
Digər ölkələr18:53
Konqoda Eboladan ölənlərin sayı 800 nəfərə çatıb
Digər ölkələr18:50
İlin ilk altı ayında korrupsiya ilə əlaqəli 34 halda vətəndaş və vəzifəli şəxslərə xəbərdarlıq edilib
Hadisə18:49