ADY: "Dərnəgül" dəmir yolu stansiyası gələn ilin I rübündə hazır olacaq - EKSKLÜZİV

İnfrastruktur
  • 22 dekabr, 2025
  • 11:23
ADY: Dərnəgül dəmir yolu stansiyası gələn ilin I rübündə hazır olacaq - EKSKLÜZİV

Abşeron dairəvi dəmir yolu xəttinin üzərində yerləşəcək "Dərnəgül" stansiyası gələn ilin I rübündə hazır olacaq.

Bu barədə "Report"un sorğusuna cavab olaraq "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) bildirilib.

Məlumatda deyilir ki, "Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nda dairəvi dəmir yolu marşrutu üzrə Bakı–Xırdalan–Sumqayıt xəttinin qatarburaxma, eləcə də sərnişindaşıma qabiliyyətinin artırılması, yeni dayanacaqların istismara buraxılması nəzərdə tutulub.

ADY Dövlət Proqramından irəli gələn məsələlərin icrası üçün müvafiq işlər görür, o cümlədən yeni dayanacaqların istismara verilməsi imkanlarını nəzərdən keçirir. Sərnişindaşıma xidmətini daha da təkmilləşdirmək üçün "Dərnəgül" stansiyasında tikinti işləri sürətlə davam etdirilir. Tikinti işlərinin 53 %-i yekunlaşıb. Hazırda 2 ədəd turniket binası, 1 ədəd piyada üst keçidi, 4 ədəd platformanın inşası aparılır. Stansiya ərazisindəki binalarda bünövrənin dəmir-beton işləri yekunlaşıb. Tikinti işləri 2026-cı ilin ilk rübündə başa çatdırılacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti