ADY: Abşeron dairəvi dəmir yolu xətti üzrə rekord sayda sərnişin daşınıb
İnfrastruktur
- 22 sentyabr, 2025
- 17:56

Abşeron dairəvi dəmir yolu xətti üzrə yeni qrafikin tətbiqi nəticəsində rekord sayda sərnişin daşınıb.
"Report" bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən xəbər verir.
Məlumata görə, 15-21 sentyabr həftəsində Abşeron dairəvi marşrutu üzrə ümumilikdə 231 655 sərnişin, o cümlədən 16 sentyabrda 42 490 sərnişin səfər edib. Bu, həm həftəlik, həm də günlük rekord göstəricilərdir.
Sumqayıt-Bakı istiqamətində səfər edən sərnişinlərin sayında gündəlik 10%-ə yaxın artım qeydə alınıb.
Bundan başqa, reys sayının artırılması nəticəsində ötən ilin eyni dövrü ilə müqayisədə qatarlardakı sıxlıq 18 % azalıb.
Son xəbərlər
19:52
Abdullah Alsuiry: "Azərbaycan şəhərlərinin baş planları investisiyalara və turizmə təkan verəcək"
Turizm19:46
Bakı Olimpiya Stadionunun yaxınlığında qəza olub, yolda sıxlıq yaranıb
Hadisə19:38
Foto
Cəlilabadda ət satışı məntəqəsində normativ tələblər pozulub
Sağlamlıq19:36
"Masdar" Azərbaycanda BOEM layihələrinə 1,2 milyard dollar sərmayə qoyacaq
Energetika19:34
Tokayev "Chevron"un rəhbəri ilə Orta Dəhliz vasitəsilə karbohidrogen tədarükünü müzakirə edib
Region19:30
Foto
"Sea Breeze Resort" beynəlxalq otel və səhiyyə şəbəkələri ilə əməkdaşlığa başlayır
Turizm19:30
"Barselona"nın futbolçusu zədə səbəbindən 3 həftə yaşıl meydanlardan kənar qalacaq
Futbol19:29
Tokayev: Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşma Orta Dəhlizin artan əhəmiyyətini stimullaşdırır
Region19:25