ADB Azərbaycanı su ehtiyatlarının davamlı idarə edilməsi üzrə regional layihəyə cəlb edib

İnfrastruktur
  • 27 oktyabr, 2025
  • 11:24
ADB Azərbaycanı su ehtiyatlarının davamlı idarə edilməsi üzrə regional layihəyə cəlb edib

Asiya İnkişaf Bankı (ADB) "Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) proqramı çərçivəsində iqlim dəyişikliyinə davamlı su ehtiyatlarının idarə edilməsi üçün su ehtiyatları sahəsində transsərhəd əməkdaşlığın gücləndirilməsi" layihəsinin həyata keçirilməsi üçün texniki yardımın ayrılmasını nəzərdən keçirir.

Bu barədə "Report" ADB-yə istinadən xəbər verir.

Bildirilib ki, layihə 7 ölkəni, o cümlədən Azərbaycan, Gürcüstan və Mərkəzi Asiya ölkələrini əhatə edir.

Maliyyələşdirmə 960 min ABŞ dolları məbləğində Xüsusi Texniki Yardım Fondu vasitəsilə təmin ediləcək.

Xatırladaq ki, Azərbaycan 1999-cu ildən ADB-nin üzvüdür və bu müddət ərzində bank ölkəyə 5 milyard ABŞ dollarından çox kredit ayırıb. Eyni zamanda, bank Azərbaycanın nəqliyyat sektorunda həyata keçirilən layihələrə 1,5 milyard ABŞ dollarından çox, enerji layihələrinə isə 1,7 milyard ABŞ dolları kredit resursları ayırıb.

ADB 1966-cı ildə təsis edilib. Onun baş qərargahı Filippinin paytaxtı Manilada yerləşir. Bankda 50-si Asiya-Sakit okean regionundan olmaqla 69 ölkə təmsil olunur.

Son xəbərlər

Bütün Xəbər Lenti