“20 Yanvar” dairəsi istiqamətində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb
İnfrastruktur
- 31 avqust, 2021
- 04:56
Paytaxtın Tbilisi prospekti Cavadxan küçəsilə kəsişmədən "20 Yanvar" dairəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılıb.
Bu barədə "Report" Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayevə istinadən xəbər verir.
Belə ki, gecə saatlarında "20 Yanvar" dairəsində yük avtomobilinin aşması nəticəsində yola yağ dağılıb. Hazırda Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xüsusi texnikaları əraziyə cəlb edilməklə yolda təmizlənmə işləri görülür.
Yolun bağlanması ilə əlaqədar olaraq bu hissədən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi də müvəqqəti dəyişdirilib. Avtobusların hərəkəti digər nəqliyyat vasitələrinin yönləndirildiyi küçə və prospektlərdən keçməklə təşkil edilib.
Son xəbərlər
11:36
Bakı metrosunda Qırmızı və Yaşıl xətlərin ayrılmasıda əsas mərhələ başlayır
İnfrastruktur11:36
Yeni təmayül tədris modeli üzrə müəllimlərin seçiminə başlanılıb
Elm və təhsil11:33
İsmayıllıda 10 tondan artıq çətənə kolu məhv edilib
Hadisə11:27
Azərbaycan XİN başçısı ilə ATƏT-in sədri arasında təkbətək görüş başlayıb
Xarici siyasət11:23
Ceyhun Bayramov İqnazio Kassisi qarşılayıb
Xarici siyasət11:21
UEFA Çempionlar Liqası: "Sabah"ı Danimarkada 70-ə yaxın azarkeş dəstəkləyəcək
Futbol11:18
Həsən Həsənli: 155 azərbaycanlı dünyanın TOP 10 universitetində təhsil alacaq
Elm və təhsil10:58
İzmirdə bələdiyyə sədri daxil olmaqla 21 nəfər saxlanılıb
Region10:57