Rəşad Ələkbərov: Rəssamlıqda süni intellekt lazımi effekti vermir

İncəsənət
  • 04 sentyabr, 2025
  • 16:22
Rəşad Ələkbərov: Rəssamlıqda süni intellekt lazımi effekti vermir

Rəssamlıqda süni intellekti yoxladım, amma istədiyim effekti vermədi.

Bu fikirləri "Report"a müsahibəsində əməkdar rəssam Rəşad Ələkbərov deyib.

Onun sözlərinə görə, süni intellektə faciəvi yanaşmanı qəbul etmir.

"Mən, məsələn, metal tipli işlərimin eskizini özüm hazırlayıram, amma istehsalatını başqaları edir. Bu o demək deyil ki, həmin layihə mənim işim deyil. Xeyr, çünki layihənin ideyası, düşüncəsi mənimdir, istehsalat isə başqasının. Rəssamlıq ideya deməkdir, ona görə də əsərin müəllifi yenə də mənəm", - o əlavə edib.

Rəşad Ələkbərov bildirib ki, hazırda süni intellekt əl işini əvəz edə bilmir.

"Ola bilsin, gələcəkdə elə bir inkişaf olacaq ki, onu da əvəz edə biləcək, amma hazırda edə bilmir".

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.