İtaliyada koronavirusa görə karnaval təxirə salındı

İncəsənət
  • 24 fevral, 2020
  • 12:19
İtaliyada koronavirusa görə karnaval təxirə salındı
bht.com

İtaliyada koronavirus infeksiyasının yayılması ilə əlaqədar Venesiya karnavalı təxirə salınıb.

“Report” “A Haber”ə istinadən xəbər verir ki, bunu İtaliyanın Veneto bölgəsinin icra başçısı Luka Zaya açıqlayıb.

Koronavirus səbəbindən 4 nəfərin öldüyü, 217 nəfərin isə yoluxduğu İtaliyada fevralın 8-də başlayan Venesiya karnavalının ayın 25-dək çəkəcəyi gözlənilirdi.