“Heç kim və heç nə unudulmur” adlı tədbir keçirilib
İncəsənət
- 26 fevral, 2015
- 12:41
Bakı. 26 fevral. REPORT.AZ/ Xocalı faciəsinin 23-cü ildönümü Cəfər Cabbarlı adına Teatr Muzeyində qeyd edilib.
“Report” xəbər verir ki, muzeydə E.Mirzəyev adına 6 saylı xüsusi internat məktəbi və Xəzər rayon Türkan qəsəbə mədəniyyət evi ilə birlikdə “Heç kim və heç nə unudulmur” - adlı tədbir keçirilib.
Tədbirdə E.Mirzəyev adına 6 saylı xüsusi internat məktəbinin şagirdlərinin ifasında Xocalı faciəsinə həsr olunmuş şer kompozisiyası, vətənpərvərlik mövzusunda muğamlar səslənib, muzey tərəfindən hazırlanmış videoçarx nümayiş olunub.
Tədbirdə Xocalı faciəsinin şahidləri, Azərbaycan Maliyyə və İqtisad Kollecinin tələbələri, paytaxt muzeylərinin əməkdaşları iştirak edib.
Son xəbərlər
01:42
Tramp: ABŞ-nin əhəmiyyətli miqdarda sursat ehtiyatı var
Digər ölkələr01:18
Hindistan "Agni-4" ballistik raketini uğurla sınaqdan keçirib
Digər ölkələr00:58
Foto
Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var
Hadisə00:49
Qalibaf: ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir
Region00:22
Türkiyədə təlim təyyarəsi qəzaya uğrayıb, xəsarət alan var
Region23:56
Suriyada mikroavtobusun partladılması nəticəsində iki nəfər ölüb, yaralılar var - YENİLƏNİB
Digər ölkələr23:43
İran Hörmüz boğazında ABŞ-nin hərbi hədəflərinə zərbə endirib
Region23:35
Qurban Qurbanov "Dinamo"ya məğlubiyyəti hava şəraiti ilə əlaqələndirib
Futbol23:19