Dövlət YUĞ Teatrı Meksikada keçirilən beynəlxalq festivalda Azərbaycanı təmsil edib

İncəsənət
  • 18 oktyabr, 2025
  • 16:50
Dövlət YUĞ Teatrı Meksikada keçirilən beynəlxalq festivalda Azərbaycanı təmsil edib

Azərbaycan Dövlət YUĞ Teatrı Meksikada keçirilən 35-ci Kimera Beynəlxalq İncəsənət və Mədəniyyət Festivalında iştirak edib.

Teatrdan "Report"a verilən xəbərə görə, festival çərçivəsində "Dədə Qorqud" dastanının "Dirsə xan oğlu Buğac" boyu əsasında "Mən-Dədə Qorqud: Epizod 1. Başlanğıc" tamaşası nümayiş olunub.

Səhnə əsərinin quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı Mustafa Mustafayev, xoreoqrafı Anar Mikayılov, musiqi tərtibatçısı isə İffət Əsgərovdur.

Tamaşada Əməkdar artist Qasım Nağı və aktyorlar Mətanət Abbas, Vüqar Hacıyev, Amid Qasımov çıxış edib.

Məlumat üçün qeyd edək ki, 400 min ziyarətçinin iştirak etdiyi 35-ci Kimera Beynəlxalq İncəsənət və Mədəniyyət Festivalı Meksikada xalq diplomatiyası və mədəni mübadilələrin təşviqi baxımından ən mötəbər tədbirlərdən biri hesab olunur.

Son xəbərlər

Bütün Xəbər Lenti