"Yandex" bir ayda Azərbaycandakı bazar payının 13 %-ni itirib
- 02 oktyabr, 2025
- 11:37

Bu ilin sentyabr ayında Azərbaycanda bütün platformalarda (kompüter, mobil cihazlar və planşetlərdə) "Google" axtarış sisteminin bazar payı 82,91 % təşkil edib.
"Report"un "Statcounter" agentliyinin son hesabatına istinadən verdiyi məlumata görə, bu, avqust ayına nisbətən 2,19 faiz bəndi çox, 2024-cü ilin sentyabr ayı ilə müqayisədə 4,71 faiz bəndi azdır.
İkinci pillədəki "Yandex"in bazar payı ay ərzində 2,13 faiz bəndi, illik isə 4,03 faiz bəndi artaraq 14,64 % olub. Beləliklə bu axtarış sistemin bazar payı 1 ay ərzində 13 % azalıb.
Növbəti yerdə qərarlaşan "Bing"in bazar payı aylıq müqayisədə 0,10 faiz bəndi, illik isə 0,34 faiz bəndi artaraq 1,41 %-də qərarlaşıb.
Dördüncü yerdəki "Yahoo"nun bazar payı ay ərzində sabit qalıb, illik müqayisədə isə 0,11 faiz bəndi artaraq 0,52 % təşkil edib.
İlk beşliyi qapadan "DuckDuckGo"nun bazar payı ay ərzində 0,12 faiz bəndi azalaraq, illik müqayisədə isə 0,22 faiz bəndi artaraq 0,46% olub.