“Xiaomi” ucuz “Redmi Note 10” kamerofonunun təqdimat tarixini açıqlayıb
İKT
- 10 fevral, 2021
- 11:21
Yeni nəsil “Redmi Note” smartfonlarının təqdimatı martın 10-da olacaq.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Xiaomi India”nın idarəçi direktoru və qlobal vitse-prezidenti Manu Kumar Cayn tvitterdə bildirib.
Mövcud smartfonlar xəttində üç yeni model gözlənilir: “Redmi Note 10 4G”, “Redmi Note 10 Pro 4G” və “Redmi Note 10 Pro 5G”. Çox güman, top versiya 2020-ci ilin sonunda təqdim olunan Çinin “Redmi Note 9 Pro 5G”sini təkrarlayacaq. Bu model beşinci nəsil mobil şəbəkələrdə işləməyi dəstəkləməklə yanaşı, 108 meqapikselli əsas kamera ilə seçilir.
“Redmi Note 10 Pro”nun 120Hz tezlikdə görüntüləri yeniləyə bilən IPS ekranlı olacağı ehtimal olunur. Maksimum versiya 8 GB operativ yaddaş və 128 GB fleş yaddaşa malik olacaq.
Son xəbərlər
12:31
Türkiyə-Azərbaycan Universitetinin ilk rektoru kollektivə təqdim olunub
Elm və təhsil12:27
Foto
Qədir Xəlilov: Dövlət Proqramına seçilən 500 nəfərdən 190-ı qadındır
Elm və təhsil12:26
"İmişli" Ronaldo Souza ilə yolları ayırıb
Futbol12:22
Sabah 39 dərəcə isti olacaq
Ekologiya12:21
Foto
Azərbaycan XİN başçısı ilə ATƏT-in sədri arasında geniş tərkibdə görüş keçirilib - YENİLƏNİB
Xarici siyasət12:08
Şahbuzda zəlzələ olub
Hadisə12:00
Azərbaycana gələn turistlərin xərcləri 21 % azalıb
Turizm12:00
DİM: 1 nömrəli Bakı Tibb Kollecində gözdən əlil abituriyentlər üçün 15 plan yeri ayrılıb
Elm və təhsil11:59