Türkiyə rəsmisi: "Rəqəmsal transformasiyada Azərbaycanla birgə addımlayacağıq"

İKT
  • 24 oktyabr, 2025
  • 11:08
Türkiyə rəsmisi: Rəqəmsal transformasiyada Azərbaycanla birgə addımlayacağıq
Ahmet Aydın

Türkiyə rəqəmsal transformasiyada Azərbaycanla birgə addımlayacaq.

"Report" xəbər verir ki, bunu Türkiyənin əmək və sosial müdafiə nazirinin müavini Ahmet Aydın Bakıda keçirilən "SOCGOV 2025: Süni zəka – insan və transformasiya üçün" adlı beynəlxalq konfransda bildirib.

Onun sözlərinə görə, rəqəmsal transformasiya yalnız xidmətlərin təqdimatını deyil, eyni zamanda qərar qəbuletmə proseslərini də köklü şəkildə dəyişir.

"Xüsusilə əmək həyatında süni intellekt dəstəklı sistemlərin tətbiqi dövlət idarəçiliyində səmərəliliyi artırmaqla yanaşı, işçilərin hüquqlarının daha etibarlı qorunmasına imkan yaradır. Biz Türkiyə olaraq süni intellekti rəqəmsal dövlət infrastrukturumuza inteqrasiya etməklə sosial siyasətlərdə daha çevik, inklüziv və effektiv həllər formalaşdırırıq. Qarşıdakı dövrdə rəqəmsal dövlətlərin yalnız texnoloji deyil, eyni zamanda insani, iştirakçı və sosial yönü güclü strukturlar kimi yüksələcəyinə inanırıq. Türkiyə bu transformasiyada dost və qardaş ölkə Azərbaycanla birlikdə və bütün dünya ilə yanaşı addımlamaqda davam edəcək", - deyə qonaq qeyd edib.

Son xəbərlər

Bütün Xəbər Lenti