"Samsung" Azərbaycanın planşet bazarındakı payının 9 %-ni itirib

İKT
  • 01 oktyabr, 2025
  • 17:24
Samsung Azərbaycanın planşet bazarındakı payının 9 %-ni itirib

Bu ilin sentyabr ayında Azərbaycanın planşet bazarında "Samsung"un payı 41,59 % təşkil edib.

"Report"un "Statcounter" agentliyinin son hesabatına istinadən verdiyi məlumata görə, bu, avqust ayına nisbətən 0,26 faiz bəndi çox, bir il əvvəlki göstərici ilə müqayisədə isə 3,99 faiz bəndi azdır.

Beləliklə şirkətin bazar payı illik ifadədə 9 % azalıb.

İkinci pillədə qərarlaşan "Apple"ın bazar payı aylıq 1,23 faiz bəndi azalaraq, illik isə 0,01 faiz bəndi artaraq 30,49 % təşkil edib.

Növbəti pillədəki "Xiaomi"nin bazar payı aylıq 0,83 faiz bəndi azalaraq, illik isə 2,83 faiz bəndi artaraq 11,63 % təşkil edib.

Dördüncü pillədə qərarlaşan adları açıqlanmayan brendlərin bazar payı aylıq 1,44 faiz bəndi, illik isə 0,94 faiz bəndi artaraq 6,97 % olub.

İlk beşliyi 4,52 %-lik bazar payı ilə "Honor" qapayır. Onun payı əvvəlki aya nisbətən 0,48 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə isə 0,58 faiz bəndi azalıb.

Son xəbərlər

Bütün Xəbər Lenti