"PAŞA Holdinq" rəsmisi: "INMerge" İnnovasiya Sammitinin əsasını startaplar təşkil edir
- 29 sentyabr, 2025
- 11:23

"INMerge" İnnovasiya Sammitinin əsasını startaplar təşkil edir.
"Report" xəbər verir ki, bunu "PAŞA Holdinq" MMC-nin İnnovasiyalar şöbəsinin müdiri Tuğra Musayeva təmsil etdiyi qurumun təşkilatçılığı ilə Bakıda keçirilən "INMerge" İnnovasiya Sammitində bildirib.
Onun sözlərinə görə, bu il sammitə 100-dən çox startap qoşulub: "Onların 70-dən çoxu dünyanın müxtəlif ölkələrindən gəlib. Bununla burada regionun ən yaxşı texnoloji istedadlarının unikal bir toplantısı yaranıb".
O qeyd edib ki, builki sammitdə 200-dən çox investor iştirak edir: "Biz həmçinin ən yaxşı korporativlərin dəstəyi ilə startaplar üçün tərəfdaşlıq əlaqələrinin yaradılmasına töhfə veririk. Buraya həmçinin erkən mərhələdə şirkətlərlə əməkdaşlıq, şirkətlərə ən yaxşı texnologiya istedadlarına çıxış əldə etmək, həmçinin startapları gələcəyə hazırlamaq üçün unikal fürsət yaratmaq daxildir".