İKTA: Rəqəmsal bazarda rəqabətin qorunması üçün yeni alətlərə ehtiyac var

İKT
  • 03 oktyabr, 2025
  • 15:32
İKTA: Rəqəmsal bazarda rəqabətin qorunması üçün yeni alətlərə ehtiyac var

Telekommunikasiya sahəsində rəqabətin təmin edilməsi və bazar iştirakçılarının fəaliyyətinin effektiv tənzimlənməsi üçün yeni yanaşmaların tətbiqinə ehtiyac yaranır.

"Report" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) Hüquq və sənədlərlə iş departamentinin direktoru Oktay Məhərrəmov II Milli Rəqabət Forumu çərçivəsində "Təbii inhisarların tənzimlənməsi: Rəqabət və ictimai maraqlar" mövzusunda panel müzakirəsində deyib.

Onun sözlərinə görə, bu sahədə tənzimlənmə məsələləri göründüyü qədər sadə deyil:

"Çünki telekommunikasiya sahəsində dinamiklik həddindən artıq çoxdur. Belə olan halda bəzən telekommunikasiya xidmətlərinin digər xidmətlərə təsirinin sərhədləri pozulur və ya silinir".

O. Məhərrəmov əlavə edib ki, rəqəmsal münasibətlərdə rəqabət orqanının ümumi alətlərinə ciddi ehtiyac var:

"Bu alətlər ümumi xarakter daşıyır və spesifik olaraq tənzimlənməmiş məsələləri həll etmək üçün yararlıdır. Eyni zamanda, bu alətlər sektor-spesifik iqtisadi tənzimlənmə mexanizmləri ilə yavaş-yavaş uyğunlaşaraq, məsələləri ünvanlı şəkildə həll etməyə istiqamətlənir".

Son xəbərlər

Bütün Xəbər Lenti