Fərid Zeynalov: "Süni intellektlə yaradılmış təhlükələr eyni əsaslı həllərlə aradan qaldırılmalıdır"

İKT
  • 09 oktyabr, 2025
  • 15:15
Fərid Zeynalov: Süni intellektlə yaradılmış təhlükələr eyni əsaslı həllərlə aradan qaldırılmalıdır

Süni intellektlə yaradılmış təhlükələr eyni əsaslı həllərlə aradan qaldırılmalı, onlara qarşı monitorinqi və cavab tədbirləri elə süni intellekt əsaslı həllər vasitəsilə aparılmalıdır.

"Report" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin rəisi Fərid Zeynalov "Kritik İnfrastrukturun Müdafiə Yarışı" (Critical Infrastructure Defence Challenge-CIDC 2025) kibertəhlükəsizlik festivalı çərçivəsində təşkil olunmuş konfransda bildirib.

Onun sözlərinə görə, hazırda "deepfake" kimi təhlükələrlə bağlı əsas aşkarlama metodu monitorinqdir: "Onların kontentinin analizi, təsdiqlənmiş mənbələrdən təsdiqlənmə əsasında aparılır. Eyni zamanda praktiki olaraq bununla bağlı həm sosial şəbəkə operatorları, həm beynəlxalq təşkilatlar, həm də yerli orqanlarla işlər aparılır. Hazırda sahə özü yeni olduğu üçün beynəlxalq təcrübədə belə ələ ki, dedektiv metoddan, yəni monitorinq metodlarla aşqarlanır. Yəni hələ ki, preventiv metodlar bununla bağlı yoxdur. Bununla belə biz beynəlxalq təcrübə ilə maraqlanırıq və müəyyən planlar və bu istiqamətdə test işləri aparılır".

F.Zeynalov əlavə edib ki, "deepfake" süni intelekt vasitəsilə yaradılan təhlükələr, əsasən, şəxsiyyət oğurluğu, ictimaiyyətdə olan etimadın azaldılması, dövlət quruluşuna olan etimadın azaldılması, dezinformasiya və s. kimi risklərdən ibarətdir: "Bununla belə, risklər yalnız sadaladıqlarım olmaya da bilər. Bu, hansısa daha miqyaslı bir hücumun, tədbirin başlangıcı, fikirləri digər yerlə yönəltmək kimi bir kampaniyanın başlangıcı da ola bilər. Bunlar milli təhlükəsizlik səviyyəsində artıq kifayət qədər çoxalıb. Bununla bağlı artıq istər qanunvericilikdə, istər texniki yanaşmada artıq hansısa işlər görülməlidir".

Son xəbərlər

Bütün Xəbər Lenti