"Azərkosmos" yanvarda 1,5 milyon dollar ixrac gəlirləri əldə edib
- 03 mart, 2026
- 15:01
Bu ilin yanvar ayında Kosmik Agentlik ("Azərkosmos") 1,5 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edib.
"Report" xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı "İxrac İcmalı"nın fevral sayında bildirilir.
Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə eynidir.
Ötən ay peyk telekommunikasiya xidmətlərini 32 ölkənin şirkətləri idxal edib. 1 il əvvələ nisbətən ölkələrin sayı 4 vahid azalıb. Əsas ixrac istiqamətləri Böyük Britaniya (348,5 min ABŞ dolları), Lüksemburq (283 min ABŞ dolları), İsveç (187,2 min ABŞ dolları), Türkiyə (72,4 min ABŞ dolları) və Pakistan (69,6 min ABŞ dolları) olub.
Hesabat dövründə "Azərkosmos"un ixrac gəlirlərinin onun ümumi gəlirlərindəki payı 69 %-dən 66 %-ə düşüb.