Azərbaycanın dövlət qurumlarına kiberhücumlar avqustda 25 % azalıb
İKT
- 04 sentyabr, 2025
- 10:07
Bu ilin yanvar-avqust aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət qurumlarına 612 kiberhücum indikatoru (IOC) müəyyən edib.
"Report"un Dövlət Xidmətinin məlumatları əsasında apardığı hesablamalara görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9 % azdır.
Kibertəhdidlərin 211-i daxili araşdırma, 401-i isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.
Təkcə avqustda isə 39 kiberhücum müəyyən olunub ki, bu da 1 il əvvələ nisbətən 25 % azdır.
2024-cü ildə dövlət qurumlarına 1 070 kiberhücum qeydə alınıb ki, bunun da 550-si daxili araşdırma, 520-si isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.
Son xəbərlər
08:52
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (04.12.2025)
Maliyyə08:50
Şəmkirdə mikroavtobus kanala aşıb, xəsarət alanlar var
Hadisə08:38
Cinpin Fransanı "dünya yol ayrıcında olduğu bir vaxtda" məsuliyyət nümayiş etdirməyə çağırıb
Digər ölkələr08:23
Bakının bir çox yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur08:20
Türkiyədə ağır yol qəzası olub, 4 nəfər ölüb
Region07:55
ABŞ Senatına Venesuelaya güc tətbiq olunmaması tələbi ilə qətnamə təqdim edilib
Digər ölkələr07:28
KİV: Yaponiya-Çin-Cənubi Koreya sammiti Tokio və Pekin arasındakı münaqişəyə görə təxirə salınacaq
Digər ölkələr06:50
ABŞ-də həkim gizli şəkildə xəstələri izlədiyinə görə həbs edilib
Digər ölkələr06:25
Foto