Azərbaycanda veb səhifəsi olan müəssisələrin sayı açıqlanıb

İKT
  • 08 sentyabr, 2025
  • 16:22
Azərbaycanda veb səhifəsi olan müəssisələrin sayı açıqlanıb

Ötən il Azərbaycanda fəaliyyət göstərən 2 613 müəssisənin veb səhifəsi olub.

"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin göstərisindən 47 ədəd və ya 1,8 % çoxdur.

Bu cür müəssisələrin ölkədə fəaliyyətdə olan müəssisələrin sayında xüsusi çəkisi 11,6 % (əvvəlki ilə nisbətən 1 faiz bəndi çox) təşkil edib.

Veb səhifələrin 51-i (1 ədəd çox) kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 33-ü (dəyişməyib) mədənçıxarma sənayesi, 168-i (2 ədəd çox) emal sənayesi, 26-sı (1 ədəd çox) elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 29-u (dəyişməyib) su təchizatı; tullantıların təmizlənməsi və emalı, 180-i (3 ədəd çox) tikinti, 222-si (4 ədəd çox) ticarət; nəqliyyat vasitələrinin təmiri, 84-ü (2 ədəd çox) nəqliyyat və anbar təsərrüfatı, 68-i (3 ədəd çox) turistlərin yerləşdirilməsi və ictimai iaşə, 161-i (1 ədəd çox) informasiya və rabitə, 425-i (3 ədəd çox) maliyyə və sığorta fəaliyyəti, 52-si (1 ədəd çox) daşınmaz əmlakla əlaqədar əməliyyatlar, 236-sı (8 ədəd çox) peşə, elmi və texniki fəaliyyət, 105-i (2 ədəd çox) inzibatı və yardımçı xidmətlərin göstərilməsi, 362-si (1 ədəd çox) dövlət idarəetməsi və müdafiə; sosial təminat, 131-i (1 ədəd çox) təhsil, 102-si (1 ədəd çox) əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 92-si (3 ədəd çox) istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət və 86-sı (10 ədəd çox) digər sahələrdə xidmət göstərən müəssisələrə məxsus olub.

Hesabat dövründə veb səhifəsi Azərbaycan serverlərində yerləşdirilmiş müəssisələrin sayı əvvəlki ilə nisbətən 29 ədəd və ya 1,8 % artaraq 1 677-ə çatıb.

Bunların 27-si (dəyişməyib) kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 13-ü (dəyişməyib) mədənçıxarma sənayesi, 119-u (1 ədəd çox) emal sənayesi, 13-ü (1 ədəd çox) elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 15-i (dəyişməyib) su təchizatı; tullantıların təmizlənməsi və emalı, 77-si (3 ədəd çox) tikinti, 158-i (2 ədəd çox) ticarət; nəqliyyat vasitələrinin təmiri, 45-i (dəyişməyib) nəqliyyat və anbar təsərrüfatı, 38-i (1 ədəd çox) turistlərin yerləşdirilməsi və ictimai iaşə, 112-si (1 ədəd çox) informasiya və rabitə, 340-ı (3 ədəd çox) maliyyə və sığorta fəaliyyəti, 24-ü (1 ədəd çox) daşınmaz əmlakla əlaqədar əməliyyatlar, 135-i (3 ədəd çox) peşə, elmi və texniki fəaliyyət, 70-i (2 ədəd çox) inzibatı və yardımçı xidmətlərin göstərilməsi, 239-ü (6 ədəd çox) dövlət idarəetməsi və müdafiə; sosial təminat, 68-i (1 ədəd çox) təhsil, 63-ü (1 ədəd çox) əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 61-i (1 ədəd çox) istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət və 58-i (2 ədəd çox) digər sahələrdə xidmət göstərən müəssisələrə məxsus olub.