Azərbaycanda veb səhifəsi olan məktəblərin sayı açıqlanıb

İKT
  • 08 sentyabr, 2025
  • 17:02
Azərbaycanda veb səhifəsi olan məktəblərin sayı açıqlanıb

Ötən il Azərbaycanda 649 əyani ümumtəhsil məktəbinin internetdə veb səhifəsi olub.

"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilə nisbətən 6 ədəd və yaxud 1 % azdır.

Veb səhifəsi olan təhsil ocaqlarının 40-ı (bir il əvvələ nisbətən 3 ədəd az) ibtidai, 77-si (dəyişməyib) ümumi orta, 532-si (3 ədəd az) isə tam orta məktəbdir.

Hesabat dövründə elektron poçta malik 4 214 məktəb olub ki, bu da illik müqayisədə 52 ədəd və ya 1,2 % azdır. Onların 205-i (39 ədəd az) ibtidai, 729-u (3 ədəd az) ümumi, 3 280-i (10 ədəd az) isə tam orta məktəbdir.

Ötən il lokal şəbəkəyə malik məktəblərin sayı 63 ədəd və ya 3,4 % azalaraq 1 788-ə düşüb. Bunların 7-si (4 ədəd çox) ibtidai, 156-sı (11 ədəd çox) ümumi və 1 625-i (78 ədəd az) tam orta məktəbdir.

Qeyd edək ki, ötən il ölkədə 4 357 ümumi təhsil müəssisəsi fəaliyyət göstərib.