Azərbaycanda radiotezlikdən istifadəyə görə ödənişin məbləği dəyişib

İKT
  • 16 dekabr, 2025
  • 13:00
Azərbaycanda radiotezlikdən istifadəyə görə ödənişin məbləği dəyişib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası "Radiotezlik spektrindən istifadəyə görə birdəfəlik və müddətli (aylıq və ya illik) ödənişlərin hesablanması Metodikası"nda dəyişiklik edib.

"Report" xəbər verir ki, bununla bağlı nazir Rəşad Nəbiyev yeni qərar imzalayıb.

Qərara əsasən, operatora ödəniş artıq tezliyə görə yox, həmin tezlikdə işləyən hər bir radioelektron vasitəsinə (REV) görə hesablanacaq. Bununla da, ödənişin məbləği REV sayı çox olan operatorlar üçün artacaq, REV sayı az olan operatorlar üçün isə dəyişməyəcək. Yəni, hesablama daha detallı və fərdi xarakter alacaq. Həmçinin dövlət üçün daha dəqiq uçot və nəzarət imkanı yaranacaq.

İndiyə qədər ödəniş radiotezlik və yaxud radiotezlik kanalı üzrə ümumi şəkildə hesablanırdı. Yəni bir operator eyni tezlikdə bir neçə radioelektron vasitə (REV) işlədirdisə, ödəniş tezliyə görə bir dəfə tutulurdu.

Nazirliyin Hüquq şöbəsinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.

Son xəbərlər

Bütün Xəbər Lenti