Azərbaycanda mobil cihazlarda “ChatGPT”nin payı mayda 16 % azalıb

İKT
  • 04 iyun, 2025
  • 15:02
Azərbaycanda mobil cihazlarda “ChatGPT”nin payı mayda 16 % azalıb

Bu ilin may ayında Azərbaycanda bütün platformalarda (kompüter, mobil cihazlar və planşetlərdə) süni intellekt (AI) “chatbot”u olan “ChatGPT”nin bazar payı 94,7 % təşkil edib.

“Report”un “Statcounter” agentliyinin may hesabatına istinadən verdiyi məlumata görə, bu, aprel ayına nisbətən 2,42 faiz bəndi azdır.

İkinci pillədəki “Microsoft Copilot”un bazar payı 3,12 % olub.

Növbəti yerdə qərarlaşan “Google Gemini”nin bazar payı ay ərzində 0,35 faiz bəndi azalaraq 0,99 % təşkil edib.

Dördüncü yerdəki “Perplexity”nin bazar payı mayda 0,56 faiz bəndi azalaraq 0,78 %-ə düşüb.

İlk beşliyi 0,26 %-lik bazar payı ilə “Claude” qapayır.

Müxtəlif platformaların bazar payına görə süni intellekt (AI) “chatbot”larının ilk beşliyi aşağıdakı kimidir:

Kompüterlərdə:

“ChatGPT” – 96,64 % (0,23 faiz bəndi az);

“Microsoft Copilot” – 1,4 %;

“Google Gemini” – 0,73 % (0,83 faiz bəndi az)

“Perplexity” – 0,73 % (0,6 faiz bəndi az);

“Claude” – 0,31 %;

Mobil cihazlarda:

“ChatGPT” – 83,21 % (15,35 faiz bəndi az). Beləliklə onun payı ay ərzində 16 % azalıb;

“Microsoft Copilot” – 13,21 %;

“Google Gemini” – 2,5 %;

“Perplexity” – 1,07 % (0,37 faiz bəndi az);

Planşetlərdə:

“ChatGPT” – 100 % (dəyişməyib);