Azərbaycanda mobil cihazlarda "Android"in payı son dörd ayda 11 %-ə yaxın azalıb

İKT
  • 03 noyabr, 2025
  • 13:12
Azərbaycanda mobil cihazlarda Androidin payı son dörd ayda 11 %-ə yaxın azalıb

Bu ilin oktyabr ayında Azərbaycanda mobil cihazlarda "Android" əməliyyat sisteminin bazar payı 78,33 % təşkil edib.

"Report"un "Statcounter" agentliyinin son hesabatına istinadən verdiyi xəbərə görə, bu, sentyabr ayına nisbətən 11 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə isə 4,66 faiz bəndi azdır. Beləliklə onun bazar payı ardıcıl olaraq 4-cü aydır azalır (ümumi azalma 10,6 % təşkil edir).

Mobil cihazlarda "İOS" əməliyyat sisteminin bazar payı aylıq 1,17 faiz bəndi və illik müqayisədə 4,83 faiz bəndi artaraq 21,2 % olub.

Planşetlərdə "Android"in bazar payı aylıq müqayisədə 1,52 faiz bəndi artaraq və illik müqayisədə 4,23 faiz bəndi azalaraq 70,34 % təşkil edib.

Həmin cihazlarda "İOS"un bazar payı 29,56 % təşkil edib ki, bu da aylıq müqayisədə 0,93 faiz bəndi az, illik isə 4,2 faiz bəndi çoxdur.

Son xəbərlər

Bütün Xəbər Lenti