Azərbaycanda istifadəçilərin internetdən hansı məqsədlərlə yararlandığı açıqlanıb

İKT
  • 06 sentyabr, 2025
  • 13:40
Azərbaycanda istifadəçilərin internetdən hansı məqsədlərlə yararlandığı açıqlanıb

2024-cü ildə Azərbaycanda internetdən istifadənin 39,9 %-i əyləncə, rəqəmsal kontentdən yararlanmaq məqsədi ilə edilib.  

"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bildirilir ki, internetdən istifadənin 39,5 %-i ünsiyyət, vətəndaş iştirakçılığı, əməkdaşlıq, 8,5 %-i elektron ticarət və tranzaksiyalar, 4,5 %-i məlumatın əldə edilməsi, 3,4 %-i rəqəmsal kontentin yaradılması, 1,6 %-i peşəkar fəaliyyət, 1,4 %-i təlim və təhsil, 1,2 %-i süni intellektdən yararlanmaq məqsədli olub.